Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb. Baş nazirin köməkçisi Numan Kurtulmuş Nazirlər Kabinetinin toplantısında iki prezidentin telfonla əlaqə qurmasına səbəb Suriyada öldürülən türk əsgərləri ilə bağlı olduğunu deyib.
Unikal.org xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Cerablusa təşkil etdiyi "Fırat Qalxanı" çərçivəsində El-Bab əməliyyatları zamanı Bəşər Əsəd qüvvələri tərəfindən qırıcılardan atılan bombalar zamanı 3 türk əsgəri şəhid olması, 10 əsgər yaralanması ilə bağlı prezidentlər müzakirə aparıblar.
Numan Kurtulmuş vurğulayıb ki, Putin açıqca bu hücumda iştirak edən hava təyyarələrinin Rusiyaya aid olmadığını şəxsən Ərdoğana bildirib. "Bu hücum zamanı təyyarələrin kimə məxsus olması ilə bağlı qeydlər var. Bu tam təsdiq edildikdən sonra lazımı araşdırma aparılacaq".