Pakistanın Bəlucistan əyalətinin məhkəməsi ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfin həbsinə order verib.
Unikal.org bildirir ki, trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, keçmiş prezident əyalətin siyasi liderlərindən biri Əkbər Buqtinin qətlinin təşkilində ittiham olunur.
Bu ilin yanvarında birinci instansiya məhkəməsi P.Müşərrəfi bu ittihamdan azad etmişdi. Lakin Buqtinin oğlu onun həbsi tələbi ilə yenidən məhkəməyə müraciət etmişdi.
P.Müşərrəfin həbs olunub-olunmayacağı məlum deyil. Onun hazırda Dubayda olduğu bildirilir.