ABŞ-ın 45-ci prezidenti Donald Tramp CIA-nın keçmiş başçısı, general Devid Petreusun dövlət katibi vəzifəsinə namizədliyini nəzərdən keçirir.
Unikal.org xəbər verir ki, bu barədə "Bloobmerg respublikaçının komandasına istinadən xəbər yayıb.
Agentliyin məlumatına görə, Tramp bu həftə ərzində Petreusla Nyu-Yorkda görüşməyi planlaşdırır.
Qeyd edək ki, ABŞ-ın hazırki dövlət katibi Con Kerridir.
Trampın yeni administrasiyası 2017-ci il yanvarın 20-də keçiriləcək inaqurasiya mərasimindən sonra öz işinə başlayacaq.