Müğənni Ledi Qaqa verilişlərdən birində müsahibə verib.
Unikal.org bildirir ki, o, sənəti ilə yanaşı, şəxsi həyatından da danışıb.
Ledi keçmiş günlərini yada salaraq vurğulayıb:
"Ola bilər ki, indi mən brend sayılım. Amma özüm üçün mən adi 30 yaşında qadınam. Bəzən keçmiş günlərə qayıtmaq istəyirəm. Toy şənliklərində musiqi səsləndirmək arzusunda oluram. O vaxtlar insanlarla tez-tez ünsiyyətə girirdim, bu da mənə xoş idi".
Qaqa bu gün məşhur olmağında ailəsinin rolu haqqında deyib:
"Bu gün çox tanınıram. Buna görə isə ailəmə borcluyam. Xüsusən ata və nənəmə. Onlar həmişə mənə güvəniblər, əlimdən tutub məni musiqiyə gətiriblər".