Avropa Ədalət Məhkəməsi PKK-nı terror qruplaşmaları siyahısından çıxarmaq məsələsini gündəmə gətirib.
Unikal.org xəbər verir ki, bu barədə "Yeniakit.com.tr saytı məlumat yayıb.
İddiaya görə, məhkəmə PKK-nın İŞİD-lə mübarizə apardığını bəhanə edərək belə bir qərar vermək niyyətindədir.
Belə ki, PKK həmin siyahıdan çıxarılarsa qruplaşma qanuni şəkildə maliyyə və silahla təmin edilə və istənilən əməliyyatı həyata keçirə bilər.