Suriya ordusu Hələb şəhərində ciddi irəliləyişə nail olub.
Unikal.org-un məlumatına görə, bir neçə istiqamətdən əməliyyatlara başlayan hökumət qüvvələri 2 rayonda nəzarəti ələ keçirib, minlərlə mənzilin yerləşdiyi məntəqələr üsyançılardan təmizlənib. Dövlət televiziyasından verilən məlumatara görə ələ keçirilən rayonlardan biri strateji önəmə sahib olan Əs-Saxur rayonudur.
Bölgənin minalardan təmizlənməsi prosesi davam edir. Daha öncə əraziyə nəzarət edən müxaliflər baş verənlərlə bağlı açıqlama verməyib. Ancaq Suriya insan haqlarını izləmə dərnəyi ordunun əraziləri ələ keçirdiyini təsdiqləyib.