Bu gün Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
Unikal.org-un xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub.
"Tərəflər iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, o cümlədən ticarət və iqtisadi sahədə birgə prioritet layihələri, dünya karbohidrogen bazarlarında addımların əlaqələndirilməsini və Suriya münaqişəsinin nizamlanmasını müzakirə ediblər, məlumatda deyilir.
İki ölkə lideri həmçinin avqustun 8-də Bakıda imzalanmış müqavilələrin həyata keçirilməsini nəzərdən keçirib.
Xatırladaq ki, Rusiya, İran və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün sonunda Bakı bəyannaməsi imzalanıb.