ABŞ-ın Ohayo Universitetinin ərazisində bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib.
Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
Şəxsiyyəti müəyyənləşdirilməmiş kişi əvvəl avtomobillə insanlara hücum edib, sonra bıçaqla yoldan keçənləri təqib etməyə başlayıb. Cinayətkar polis tərəfindən güllələnib. Polis insidentin terror aktı olduğunu istisna etmir.