Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin Qərblə bağlı səsləndirdiyi lətifədən sonra gülüşü sosial şəbəkələrdə reaksiyalara səbəb olub.

Jirinovski bu lətifəni "Rossiya telekanalında yayımlanan "Vladimir Salovyovla bazar axşamı verlişində səsləndirib. Sosial şəbəkə üzvləri Jirinovskinin bu gülüşünü vəhşi və şeytani adlandırıblar. Qərbi tənqid edən partiya sədri bu lətifəni söyləyib:

"Barak Obamanın üç düyməsi vardı. Sarı, yaşıl, qırmızı. Yaşılı basanda Avropa, sarını basanda Çin, qırmızını basanda Rusiya yox olurdu. Merkel isə ona belə deyirdi ki, mənim nənəmin üç unitazı var idi. Qızıl, gümüş və çini. Ruslar Berlinə girəndə o, dəhlizdəcə özünü batırdı.

Bundan sonra öz həmsöhbətlərini onun lətifəsinə gülməməkdə günahlandıran Jirinovski Türkiyə-Rusiya əlaqələrinin Avropanı sarsıdacağını da söyləyib.