Venesuelaya məxsus RJ85 tipli sərnişin təyyarəsi, Bolivyadan Kolumbiyaya gedərkən, 72 sərnişin və 9 heyəti ilə qəza enişi edib.

Unikal.org xəbər verir ki, Kolombia Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, təyyarədən yaralılar xilas edilib və xəstəxanalara aparılıb.

Təyyarədəki 72 sərnişin arasında "Atletico Nacional" futbol komandası ilə oynamaq üçüngələn Braziliyanın "Chapecoense" klubunun oyunçuları da olub.

Qeyd edək ki, iki komanda"Copa Sudamerica"nın finalında bu səhər qarşılaşacaqdı.