Gürcüstan hökuməti Milli Bankla birgə lariləşmə planını hazırlayıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, "Georgia Online saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili bəyan edib.
O bildirib ki, 2015-ci ilin yanvarınadək dollarla kredit götürən vətəndaşlar kreditlərini lariyə çevirə biləcəklər.
Baş nazir həmçinin qeyd edib ki, vaxtından öncə kredit borclarını ödəyənlər faizlərdən azad olunacaqlar.