Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sabah Vyanadakı iclasında kartelə üzv ölkələr hasilatın azaldılması barədə razılıq əldə etməsələr neftin qiyməti 10 dollara qədər ucuzlaşa bilər.
Unikal.org xəbər verir ki, dünyanın ən böyük neft treyder şirkəti olan "Gunvor Groupun idarə heyətinin sədri Torbjörn Törnqvist bu qənaətdədir.
"OPEC-ə üzv ölkələr razılığa gələ bilməsələr neftin qiyməti 10 dollaradək ucuzlaşa bilər. Əgər hər hansı razılıq əldə olunsa isə "qara qızılın qiymətinin 50 dolları keçəcəyi ehtimal olunur. Hesab edirəm ki, OPEC razılığa gələcək, - deyə T.Törnqvist əlavə edib.