"El Sexto təxəllüslü məşhur rəssam Danilo Maldonado Kuba inqilabının lideri Fidel Kastronun ölümünü bayram etdiyi videonu sosial şəbəkələrdə paylaşdığı üçün həbs edilib.
Unikal.org xəbər verir ki, bu haqda "Reuters agentliyi bildirib.
Rəssamın həbsi haqqında informasiyanı rəssamın sevgilisi, ABŞ vətəndaşı Aleksandra Martines təsdiq edib. Kuba hakimiyyəti rəssamın həbsini təsdiqləməyib.
Videoyazı noyabrın 26-da - Kastronun ölümündən bir gün sonra paylaşılıb. Görüntülərə görə, 33 yaşlı Maldonado Kastronun ölümünə sevinir və onu təhqir edir.