Premyer Liqanın 13-cü turu çərçivəsində "Qarabağ və "Qəbələ klubları üz-üzə gəlib.

Unikal.org xəbər verir ki, "Azərsun Arenada keçirilən çətin oyunda Qurban Qurbanovun yetirmələri qələbə qazanıb.

Matçın 64-cü dəqiqəsində hesabı qonaqlar açıb. Oyunun başa çatmasına 4 dəqiqə qalmış hakim "Qəbələnin qapısına penalti zərbəsi təyin edib. Riçard Almeydə hesabı bərabərləşdirib.

Hakimin əsasə vaxta əlavə etdiyi beşinci dəqiqədə isə Dino Ndlovu "Qarabağın qələbə topunu vurub. Oyun "Qarabağın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun son dəqiqələrində futbolçular arasında dava düşüb. Meydana polis əməkdaşları çağırılıb. "Qəbələ futbolçuları etiraz əlaməti olaraq hakim oyunu başa çatdırmamış meydanı tərk ediblər.

Qeyd edək ki, qələbədən sonra meydan sahibi "Qarabağ turnir cədvəlində liderliyə yüksəlib. "Qarabağ klubunun hesabında 31 xal var. "Qəbələ 28 xalla ikici, "İnter isə 24 xalla üçüncüdür.