Moskvadakı Çeremuşkinski bazarında bu gün soyuq və travmatik silahın tətbiqi ilə müşayiət olunan kütləvi qarışıqlıq olub.

Unikal.org bildirir ki, bu barədə "Vzqlyad" qəzeti Rusiya paytaxtının hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb."Şəxsi mühafizə müəssisəsinin əməkdaşları əsasən Azərbaycandan gəlmiş onlarla ticarətçini ərazidən çıxarmağa cəhd ediblər. 

Amma fəal kütləvi etirazla qarşılaşıblar", - deyə mənbə nəşrə bildirib.İlkin məlumatlara görə, iki nəfər xəsarət alıb. 

Onların xəstəxanaya yerləşdirildikləri bildirilir.