Türkiyə parlamentinin xarici əlaqələr komissiyası "Türk axını qaz borusunun tikintisinə dair qanun layihəsini dəstəkləyib.
Unikal.org-un "Sputnikə istinadən verdiyi xəbərə görə, Rusiya-Türkiyə sazişinin ratifikasiyası haqqında qanun layihəsinin baş nazir Binəli Yıldırımın Moskvaya səfəri ərəfəsində təsdiqlənəcəyi gözlənilir. Xatırladaq ki, B.Yıldırımın 6-7 dekabr tarixlərində Rusiyaya səfəri planlaşdırılıb.
Qeyd edək ki, Rusiya 2014-cü ilin dekabrında Aİ-nin mövqeyi səbəbindən "Cənub axını qaz borusu layihəsindən imtina edib. "Türk axını layihəsi isə Rusiyaya məxsus "SU-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra dondurulmuşdu. Türkiyə tərəfi bu ilin iyulunda insidentə görə üzrxahlıq etdikdən sonra danışıqlar bərpa edilib.