Türkiyənin Adana şəhərində tələbə qızların qaldığı yataqxanada yanğın olub.

Unikal.org "Haberturk-ə istinadən xəbər verir ki, yanğın zamanı 8 tələbə qız həlak olub, 13 nəfər isə yaralanıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

İlkin məlumatlara əsasən yanğın zamanı xilas olmaq üçün özünü pəncərədən atan bir neçə tələbə ağır bədən xəsarəti alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.