Tvitter sosial şəbəkəsi İŞİD-ə qarşı mübarizəyə başlayıb.
Unikal.org "Life.ruya istinadən xəbər verir ki, bu barədə İŞİD-lə mübarizə üzrə qlobal koalisiyanın iclasında bildirilib.
ABŞ prezidentinin koalisiya üzrə xüsusi nümayəndəsi Brett Makqurkun sözlərinə görə, Tvitter bu il terror təşkilatı ilə əlaqəsi olan 400 min hesabı bağlayıb.