Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən unikal.org-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 29-u ilə müqayisədə 0,42% artaraq 1,7318 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,76% möhkəmlənərək 1,8417 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl dəyişməyərək 0,0266 manat olub.