İşləmək üçün Facebookdan daha cəlbedici bir texnologiya şirkəti düşünmək çox çətindir. 1,59 milyard aktiv istifadəçi sayı ilə sosial şəbəkə, inanılmaza və təbii liderliyə imza atıb.
Şirkət CEO-su Mark Zuckerberg Amerikada ən sevilən rəhbərlərdən biridir: eyni zamanda şirkət COO-su Sheryl Sandberg də ən məşhur rəhbərlərdəndir.
Glassdoor-da paylaşılan statistikalara istinadən verdiyi rəqəmlərə əsasən, "Facebook" əgər mühəndissinizsə investor-bankir səviyyəsində pul qazana biləcəyiniz bir yerdir.
Unikal.org xəbər verir ki, Facebookdakı 15 fərqli vəzifə üçün ümumi rəqəmlər - illik maaş və bonus - artan sıralama ilə belədir:
Məhsul Analitiki: $118,864
İstehsal Mühəndisi: $132,534
İstifadəçi Paneli Mühəndisi: $146,708
Məlumat Bazası Mühəndisi: $146,949
Şəbəkə Mühəndisi: $160,172
Proqram Təminatı Mühəndisi III: $171,076
Tədqiqatçı Alim: $172,705
Texniki Proqram Müdiri: $175,589
Proqram Təminatı Mühəndisi: $183,397
Məlumat Bazası Mütəxəssisi: $185,743
Məhsul Mühəndisi: $194,907
Proqram Təminatı Mühəndisi IV: $209,988
Yüksək Vəzifəli Proqram Təminatı Mühəndisi: $211,647
Proqram Təminatı Mühəndisi V: $259,349
Mühəndislər Üzrə Rəhbər: $380,861
Əgər siz də bu işlərdən birini istəyirsinizsə, məlumatlar elə göstərir ki, Stanford Universiteti, Kaliforniya Universiteti, Berkeley ya da Austin, Texas Universitetlərindən birinə getməlisiniz.