Taylandda 64 yaşlı şahzadə Maha Vaçiralonqkorn oktyabr ayında həlak olan atası Bhumibol Adulyadeyin yerinə keçib. Vaçiralonqkorn Məclisində keçirilən mərasimlə Çakri xanədanlığının 10-cu kralı olub.
Unikal.org xəbər verir ki, Maha Vaçiralonqkorn 1972-ci ildə şahzadə elan edilmişdi.
Ənənələrə uyğun olaraq 1978-ci ildə bir müddət Buddist məbədində guşəyə çəkilən şahzadə, daha sonra Kral Hava Qüvvələri və Mühafizəsində xidmət etmişdi. Vaçiralonqkorn atasının ölümündən sonra taxta keçmə prosesinin təxirə salınmasını tələb etməsi ölkədə müxtəlif söhbətlərə səbəb olmuşdu. Vaxtının böyük hissəsini xaricdə keçirən şahzadənin Taylandda atası qədər böyük nüfuzunun olmaması ölkədə narahatlıqlara yol açırdı. Şahzadə Maha Vaçiralonqkorn iyul ayında Münhen hava limanında çəkilən foto Taylandda böyük tənqidə səbəb olmuşdu. Almaniyanın "Bild" qəzetində dərc olunan fotoşəkildə şahzadə qəribə şalvarı, idman üslubunda geyimi və döymələri ilə kameralara yaxalanmışdı. Şahzadə və növbəti sevgilisi Tayland Kral Hava Yollarının təyyarəsinə minmədən əvvəl nümayiş etdirilən qırmızı xalçadan keçərək, uçuş qrupu və vəzifəliləri salamlamışdı.cebhe.info