Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunması və yeni iqtisadi artımı nəzərdə tutan tədbirlər planı üzərində işlənilir.
Bunu Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov sənədin hələ razılaşdırılmamasını əsas gətirib detallar barədə məlumat verib.
"Bilirsiniz ki, ölkədə Maliyyə Sabitliyi Şurası yaradılıb. Bu Şurada olduqca ciddi iş, müzakirələr gedir. Şurada gedən müzakirələr makroiqtisadi sabitliyin təmin olunması, struktur və sosial islahat məsələlərini də əhatə edir, - deyə E.Rüstəmov vurğulayıb.