Bu gün dünya birjalarında neft sürətlə bahalaşır.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, London birjasında Brent markalı neftin qiyməti gün ərzində 8,3% artıb və 50,5 dollara çatıb. Halbuki gün başlayarkən bu markalı neftin bir bareli 46,5 dollar idi.
Bahalaşma Texas neftində də özünü göstərir və bu markalı neftin bir barelinin dəyəri 4 dollardan çox artaraq 50 dollara yaxınlaşıb.
Qeyd edək ki, bu gün Vyanada OPEK ölkələrinin hasilatın həcminin tənzimlənməsi ilə bağlı görüş keçirilib. Görüşdə OPEC ölkələrinin neft istehsalını gündə 1,2 milyon barel azaltmağı barədə qərar qəbul edilib.