Portuqaliyanın "Boavista" klubunun heyətində çıxış edən millimizin qapıçısı Kamran Ağayev ciddi zədə alıb.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, təcrübəli əlcək sahibi məşq zamanı sıradan çıxıb.
Diz nahiyəsindən zədə alan futbolçu tibbi müayinədən keçib. Müayinənin nəticəsinə əsasən, qolkiperin zədəsinin ciddi olduğu bəlli olub. Ağayevin çarpaz bağlarında qopma aşkarlanıb. Bu isə, qolkiperin ən azı 3-4 ay yaşıl meydanlardan kənarda qalması deməkdir. Millimizin qapıçısı "Boavista"nın əsas heyət üzvüdür.