Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən unikal.org-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 30-u ilə müqayisədə dəyişməyərək 1,7318 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,31% zəifləyərək 1,8360 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,5% bahalaşaraq 0,0270 manata çatıb.