Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən unikal.org-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 1-i ilə müqayisədə 0,12% artaraq 1,7339 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,85% möhkəmlənərək 1,8516 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,74% bahalaşaraq 0,0272 manata çatıb.