İtaliya polisiillərdir axtardığı "Rəqqas" ləqəbli Marsello Pesceni bir qəsəbədə gizləndiyi evdə tutub.
İtaliyada illərdir axtarılan mafiya lideri Marsello Pesce dünən həbs edilərkən evində axtarış aparan polis maraqlı mənzərəylə qarşılaşıb. Mafiozun evinə baxış zamanı Jan-Pol Sartr, AlberKamyu, Marsel Prust və Qabriel Qarsiya Markeskimi dünyaca məşhur yazarların əsərləri tapılıb.
Unikal.org-un BBC-yə istinadən xəbərinə görə, "Rəqqas"ləqəbli 52 yaşlı Marsello Pesceİtaliyanın cənubundakı Kalabria bölgəsində yaranan "Ndrangheta" mafiyasının ölkənin şimal bölgəsində yayılmasını təmin edənşəxslərdən biri olub.
Qeyd edək ki, 2010-cu ildən bəri qaçaq olan və haqqında 16 il həbs qərarı çıxarılanMarsello Pesceillərlə davam edən axtarışların ardından dünən səhər 5radələrində Kalabria bölgəsindəki Rosarno qəsəbəsində tutulub.
Pescenin gizləndiyi evə basqın edən polislərdən birimafiozun üstündə silah yerinə kitab görərkən düşdüyü vəziyyəti dilə gətirib:"Bizim üçün ən böyük sürprizPescenin kitablarını tapmaq oldu".