"Səadan yatağında 1818 nömrəli quyu qazmadan sonra istismara verilib.
Unikal.org xəbər verir ki, "Azneft İB "Siyəzənneft NQÇİ-nin sifarişi əsasında Kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ-Maykop Lay Dəstəsinə qazılmış quyu dərinlik nasosu üsulu ilə məhsul verib.
Yeni quyu 1300-625 metr intervaldan sutkalıq 4 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub.