Tovuz Gömrük İdarəsinin "Sadıxlı gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Dövlət Gömrük Komitəsindən unikal.org-a verilən məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 5600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.