Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi gələn həftədən azala bilər.
Unikal.org report-a istinadən xəbər verir ki, buna səbəb bu həftə keçirilən sonuncu valyuta hərracında məzənnənin artım tempinin zəifləyərək 0,0021 qəpiyə düşməsi ilə bağlıdır.
Bundan başqa, dolların məzənnəsinə bir neçə gün bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun açıqlamalarının da təsir edəcəyi gözlənilir. Belə ki, E.Rüstəmov dolların məzənnəsindəki cari hərəkətin neftin 45-50 dollar/barel qiymətinə uyğunlaşdırıldığını bildirib. Son iki gündəisə Azərbaycan neftinin dünya bazarında qiyməti55 dollar/barel səviyyəsini ötüb və bu tendensiyanın yaxın vaxtlarda davam etməsi gözlənilir. Analitik qrup neftin qiymətinin 3-6 ay ərzində 50 dollardan yuxarı həddə olacağını ehtimal edir.
"Dolların rəsmi məzənnəsininilin sonunadək 1,70 AZN/USD səviyyəsindən aşağı düşəcəyi istisna edilmir. Belə olarsa, nağd valyuta bazarında da dolların 1,70 AZN/USD-yəkimigeriləməsi mümkün görünür", - deyə analitiklər əlavə ediblər.