Azərbaycan və Moldovanın müvafiq şirkətləri arasında əldə edilən razılıq əsasında 2017-ci ildə Azərbaycandan Moldovaya at əti ixrac edilməsi nəzərdə tutulub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) Unikal.org-a daxil olan xəbərə görə, bu məqsədlə bir neçə regionda, o cümlədən, Gəncədə at kəsimi sexlərinin təşkil olunması planlaşdırılır. Həmin at kəsimi sexləri souyuducu anbar və soyuducularla təchiz edilməlidir. Eləcə də sexlərdə baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərməlidir.

At kəsimi sexlərində yalnız çıxdaş və damazlığa yaramayan atların baytar həkiminin nəzarəti altında ayrıca kəsilməsi, soyulması və ətin tədarük olunması və soyuducu kameralara yığılaraq Moldovaya göndərilməsi nəzərdə tutulur.

DBNX qeyd edir ki, at kəsimi sexlərində atlar baytar həkiminin nəzarəti altında kəsiləcək, baytarlıq-sanitariya ekspertizasından keçiriləcək və yalnız bundan sonra Moldovanın müvafiq şirkətləri vasitəsi ilə bu ölkəyə ixrac olunacaq.