Yaxın bir həftə ərzində dünya bazarında neftin qiyməti 60 dollar/barel həddini ötə bilər.
Unikal.org-un məlumatına görə, "Report"un analitik qrupu hesab edir ki, bu həftənin sonu, dekabrın 10-da OPEC və kartelə üzv olmayan ölkələr Vyanada növbəti iclasda toplaşacaq və bu dəfə təşkilata üzv olmayan ölkələrin neft hasilatının azaldılması barədə qərar qəbul edəcək.
Qeyd edək ki, sammitdə OPEC üzvü olmayan ölkələrin hasilatı gündəlik 591 min barel azaltması gözlənilir. Bu gözlənti neft qiymətlərinin ABŞ-da aktiv neft buruqlarının sayının ötən həftə də artmasına baxmayaraq, müsbət tendensiyanın davam etməsinə və bu gün 55 dollar/bareli ötməsinə səbəb olub.
Xatırladaq ki, "Brent" markalı neftin qiyməti bu il iyul ayının 24-də 55,60 dollar/barelə qədər yüksəlib. Analitik qrup neftin qiymətinin yaxın 3-6 ay ərzində 50 dollar/bareldən yuxarı satılacağını proqnozlaşdırır.