"Azərbaycanın iqtisadi vəziyyəti hazırda elə də sadə deyil, mürəkkəbdir, amma bu vəziyyətdən çıxış yolları var.
Unikal.org xəbər verir ki, bunu "Reporta müsahibəsində 1999-2006-cı illərdə Azərbaycanın maliyyə naziri vəzifəsində çalışmış Əvəz Ələkbərov deyib. O, bildirib ki, ölkə rəhbərliyinin bununla bağlı fərmanları, sərəncamları, qərarları mövcuddur və müəyyən proses gedir: "Çıxış yolu həm də ondadır ki, bundan sonra dövlət büdcəsi vəsaitlərindən daha səmərəli, intizamlı, effektiv istifadə olunsun, büdcə kəsiri az olsun, ölkədən valyuta çıxışına nəzarət gücləndirilsin, qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı və turizm inkişaf etdirilsin.
Ə. Ələkbərov onun nazir olduğu dövrdə neft satışı barədə də danışıb: "Mənim vaxtımda neft 100-120 dollara satılmırdı, onun hər barelinin qiyməti 18 dollar ətrafında dəyişirdi. O vaxt neft 23-25 dollara satılanda sevinirdik. Amma hökumətdə qəti fikir ondan ibarət idi ki, neft daimi deyil, tədricən onun hasilatı azalacaq, yerini təbii qaz tutacaq, odur ki, neftdən əldə olunan gəlirlər gələcək nəsillərə saxlanılmalıdır.
Ə. Ələkbərov həmçinin deyib ki,Azərbaycan Beynəlxalq Bankıilə bağlı onun nazir olduğu dövrdə də narahatlıq olub: "Mən nazir olanda tez-tez banka məktublar göndərirdik, iradlarımızı bildirirdik. Bu vəziyyət olmamalı idi. Bankın səlahiyyətli İdarə Heyəti olub, o, yaxşı idarə etməli idi, risklikreditləşməyə getməməli idi, buna isə Müşahidə Şurası nəzarət etməli idi. Bəri başdan bilmək lazım idi ki, intizamsız atılan addımlara görə gec-tez haqq-hesab soruşacaqlar. İndi ABB-nin vəziyyəti yaxşı olsaydı, bütün bank sektorunda vəziyyət yaxşı olardı.