ABŞ prezidenti kimi son günlərini keçirən Barak Obama və xanımı Mişel Obama Vaşinqtonda "Kennedy Center Honors"un tədbirində iştirak edib.
Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, birinci xanım kimi son rəsmi tədbirə qatılan Mişel Obama geyimi ilə gecənin ulduzu olub.
Tədbirdə Kevin Speysi, Al Paçino, Lourens Fişbern, Rinqo Starr və başqa tanınmışlar iştirak edib.