Pop ulduz Ledi Qaqa yenə qalmaqallı açıqlamaları ilə gündəmi zəbt edib.
Unikal.org sözcü-yə istinadən xəbər verir ki, müğənni Nyu-Yorkdakı kimsəsizlər evinə etdiyi ziyarətdə: "Əqli bir xəstəliyə tutulmuş kimiyəm" ifadələrini işlədib.
O, "Daha öncə bunu heç kimə söyləmədim" deyə, bildirib. Hal-hazırda 30 yaşı olan müğənni iki il əvvəl qatıldığı bir radio proqramında, gənckən təcavüzə uğradığını söyləmişdi. Mərkəzdəki gənclərə hədiyyələr gətirən Ledi Qaqa "Mənə edilən yaxşılıq - həkimlər, ailəm və dostlarımın göstərdiyi diqqət, həqiqətən, həyatımı xilas etdi" deyib. Sakitləşmək üçün müxtəlif növ müalicə prosedurlarına müraciət etdiyini deyən meğənni hər gün "ağıl xəstəliyi"nə qarşı mübarizə apardığını da sözlərinə əlavə edib.
Ledi Qaqa ziyarət sonrası sosial şəbəkə hesabından "Bu gün ən gizli sirlərimi dünyayla paylaşdıq. Sirlər sizi utanc içində saxlayır" paylaşımını edib.