"Bu gün Azərbaycanda dolların qara bazarı haradan yaranır? Qara bazara külli miqdarda dollar hardan, kimlərin əli ilə daxil olur ?.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, Dövlət Neft Fondunun və Mərkəzi Bankın banklar üçün hərraca çıxardığı dollar sonradan kimlərinsə əli ilə qara bazarlara buraxılır:
"Neft Fondu və Mərkəzi Bankın hər həftə hərraca çıxardığı və bankların aldığı dollarlar bankların öz əlləri ilə, müəyyən şəxslərin vasitəsilə ilə qara bazara çıxarılır. Ona görə də hər gün dollar qalxdıqca banklar da dollar satışını rəsmi dayandırır və dolları qara bazara buraxaraq külli miqdarda pullar qazanırlar.
Hüquq-mühafizə orqanları axı nəyə görə bu cür ciddi maliyyə qanunsuzluğuna göz yumurlar ?!
Çox xahiş edirəm qara bazar məsələsinə ciddi yanaşaq. Əgər bu məsələ həllini tapmasa maliyyə bazarında çox ciddi fəsadlar yaranacaq.