Türkiyə Rusiya ilə illik mal dövriyyəsinin həcmini indiki 36 mlrd. dollardan 100 mlrd. dollara çatdırmaq niyyətindədir.
Unikal.org-un "TASSa istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım Moskvada rusiyalı həmkarı Dmitri Medvedevlə apardığı danışıqlar zamanı bildirib.
Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün tərəflər iqtisadi məhdudiyyətlərin ləğv edilməsi və viza rejiminin sadələşdirilməsi kimi bir sıra addımlar atmalıdır.
B.Yıldırım, Rusiya və Türkiyənin birgə inşa etdiyi "Akkuyu Atom Elektrik Stansiyasına "strateji sərmayə statusunun veriləcəyini qeyd edib.