ABŞ-ın Texas ştatındakı orta məktəbdə baş verən biabırçılq böyük qalmaqala səbəb olub.
Unikal.org xəbər verir ki, orta məktəbdə İngilis dili müəlliməsi şagirdləri ilə intim münasibətdə olub. 25 yaşlı Kelsi Leyin intim münasibətdə olduğu şagirdlər arasında yetkinlik yaşına çatmayanlar da var. Müəllimənin şagirdləri ilə cinsi münasibətdə olması təsdiqlənib.
Bundan əlavə, onun mobil telefonundakı SMS-lərdə şagirdləri ilə intim münasibətdə danışıqları aşkarlanıb. Məktəb rəhbərliyi İngilis dili müəlliməsini işdən azad edib. Onun sənədlərinə əxlaqsızlıq səbəbindən işdən qovulması barədə qeydiyyat aparılıb.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalar aparır.
olke.az