Rusiya İstintaq Komitəsinin xüsusi mühüm işlər üzrə müstəntiqi polkovnik-leytenant Aleksandr Sorokin barəsində xüsusi ilə böyük miqdarda rüşvət alınması maddəsi ilə cinayət işi başlanıb.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə İstintaq Komitəsinin KİV-lə əlaqələr idarəsindən bildirilib.

İstintaqın versiyasına əsasən, Sorokin icraatında olan cinayət işi üzrə "müəyyən prosessual hərəkətlər etməsinə görə vəkildən 50 min dollar alıb.

Məlumata görə, cinayət işinin araşdırılması Rusiya İstintaq Komitəsinin birinci istintaq idarəsinə tapşırılıb.