Ukraynanın paytaxtı Kiyev şəhərində qandonduran hadisə yaşanıb.
Unikal.org xəbər verir ki, qadın iki azyaşlı uşağını 9 gün evdə tək qoyub. Nəticədə 1 yaş 11 aylıq oğlan uşağı ölüb, 3 yaşlı qız uşağı isə möcüzə nəticəsində sağ qalıb. Xəstəxanaya aparılan qız uşağının vəziyyətinin ağır olduğu deyilir.
Hadisə ilə bağlı polisə bu gün məlumat verilib. Araşdırmadan sonra polis zəng edən şəxsin məhz uşaqların anası olduğunu müəyyən edib. Belə ki, ana 9 gün sonra evə qayıdıb və uşaqlarının başına gələn olayla bağlı polisi məlumatlandırıb. Aparılan istintaq nəticəsində aydın olub ki, uşaqları 9 gün evdə kimsəsiz qoyan ana bu müddət ərzində sevgilisinin yanında imiş.
20 yaşlı ananı 8 il həbs cəzası gözləyir.publika