Suriyanın Əl-Bab bölgəsində türk əsgərlərinə hücum edilib, ölənlər və yaralananlar var.
Unikal.org "Hürriyetə istinadən verdiyi xəbərə görə, İŞİD terrorçuları bomba yüklənmiş avtomobillə Türkiyə Silahlı Qüvvələrinin kommando taborunun yerləşdiyi məntəqəyə hücum edib. Partlayış və daha sonra başlayan atışmalarda 1 türk əsgəri həlak olub, 6-si yaralanıb. Azad Suriya Ordusu əsgərləri arasında da yaralılar var. Yaralılar Türkiyənin Qaziantep şəhərinə aparılıb.