Qazaxıstanda Unqurtas adlı dağın ətəyində yerləşən eyni adlı qəsəbədə Bifatima Dualetova adlı sufi dərviş yaşayır. Bifatima iddia edir ki, bura "gücün yeridir və insanların problemlərini həll edə bilər. Onun qonaq evində bütün keçmiş Sovet İttifaqından davamçılar yaşayır.
Unikal.org xəbər verir ki, Qərb fotoqrafı Denis Vedjas iki ay bu qəsəbədə yaşayaraq şamançılığı fotolarına sığdıra bilib.
Fotoqraf Unqurtasda 2011-ci ilin yanvar-mart aylarında yaşayıb. O, şamançılıq mərasimləri keçirən zəvvarları müşayiət edir, mərasimləri təsvir etməklə yanaşı, onların tapşırıqlarını yerinə yetirirdi.
Bifatima Dualetova.
Hər səhər zəvvarlar müqəddəs təpədə meditasiya ilə məşğul olur.
Şaman gündüz qonaqların çay, yağ və buterbrodlara qonaq edir.
Evin girişində heyvan kəlləsi.
Bifatima kişini çay suyu ilə isladaraq ona xeyir-dua verir.
Quzunun doğuluşu.
Qoyunun başını qida üçün istifadəyə hazırlayırlar.
Şaman dua edir. Bifatima daim Qurban mərasimini yerinə yetirir, öz davamçılarını cinlərdən qurtarmaq üçün qoyunları öldürür. Mərasimdə iştirak etməyi arzulayanlar iki heyvanı gətirməlidir. Fotoda mərasimin bir hissəsi təsvir edilib. Zəvvar uzanır, qoyunu isə onun belinə qoyurlar. Şaman mərasimin bütün iştirakçıları boyunlarını gizlədilmiş enerjidən azad etmək üçün vurur.
İnsanlar mərasimdən sonra öz günahlarını yumaq üçün soyuq çayda yuyunurlar. Bifatimanın qonaq evinin sakinlərinin əksəriyyəti üç kateqoriyaya bölünür: bəziləri ölümcül xəstəlikdən sağalmaq, ikincilər narkotiklərdən asılılığa qalib gəlmək, üçüncüləri isə hamilə olmaq istəyirlər. Bəziləri burada bir neçə gün, başqaları illərlə qalır. Aksulu icmanın ümunmüddətli qonaqlarından biridir. O, Unqurtasa artıq üçüncü ildir gəlir. Mərasimin bir hissəsi: şaman öz davamçısını qoyunun ağciyərləri ilə vurur.
Bifatimanın əllərində qoyunun ağciyərləri var. Divarda yazılar isə ianələrin siyahısıdır.
Ayda bir dəfə şaman qonaq evinin bütün sakinlərinin başlarını qırxır.
Ayində öldürülən heyvanların qalıqlarında da itlərə tez-tez pay düşür çatır. Bifatima zəvvarları müqəddəs sufi məkanlarına aparır. Bifatima mavzoley qarşısında dualar oxuyur.
Müqəddəs təpədə axşam duası.
Bifatima Rusiyadan olan zəvvarlarla birlikdədir. Bifatimanın köməkçisi Cumaqali.
İcmadan insanlar. Onlar gündüz adətən fermada işləyirlər: anbarları təmizləyir, qoyunları otarır və ya qazları qovurlar. Bifatimanın sözlərinə görə, əcdadların ruhları hər bir işçinin bu hərəkətlərinin simvolik mənasını dərk etmək istəyir.
Zəvvarlardan biri mərasimdən sonra çayı içir. Onun üzündə qurbanlıq qoyunun qanı var.
Yeraltı məsciddə gecə meditasiyası.
Unqurtas dağına yol. Əfsanəyə görə, Əhməd Yassaui onu son sığınacaq kimi seçib.publika.az