Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma "DQR"-in "baş naziri" Araik Artünyan ABŞ Konqresində çıxış edib.
Unikal.org publika.az-a istinadən xəbər verir ki, dekabrın 6-da separatçı rejimin "baş naziri" Konqresdə "DQR"-in "25 illik müstəqillik yubileyi"nə həsr olunmuş tədbirdə iştirak edib.
Tədbirdə Azərbaycan ordusunun aprel ayında işğal olunmuş ərazilərin müəyyən qismini azad etməsi tənqid olunub.
Separatçı "baş nazir" Konqresdə çıxışı zamanı Azərbaycana qarşı qondarma ittihamlar irəli sürüb.
Araik Artünyan Qarabağda Livan biznesmenlərinin, məşhur italyan markalarının fəaliyyət göstərdiyini deyib. Lakin iqtisadi vəziyyətin pis olduğunu deyərək, Konqresdən maliyyə yardımı istəyib.
Separatçı "baş nazir" çıxışını, əsasən, Azərbaycana ittiham üzərində qurub.
Qeyd edək ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini aparan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Konqresdə separatçı rejimin yubileyinin keçirilməsi, bu rejimin "baş nazir"inin çıxış etməsi Amerika siyasətinə ziddir. Bu, faktiki olaraq, erməni terrorçularını dəstəkləməkdir.