"Time" jurnalının versiyasına görə, 2016-cı ildə "İlin adamı ABŞ-ın yeni prezidenti Donald Tramp seçilib.
Unikal.org xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verir.
Məlumata görə, jurnalın builki reytinqində 11 nəfər yer alıb. "İlin adamı adına Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Hillari Klinton, Mark Tsukerberq və digər tanınmış simalar namizəd göstərilmişdi.
Daha əvvəl, jurnalın oxucuları, onlayn səsvermə ilə Hindistanın baş naziri Narendra Modini "İlin adamı seçmişdi.