Türkiyənin Diyarbəkir vilayətində rüsvayçılıq baş verib.
Unikal.org xəbər verir ki, Çinar kəndində orta məktəblərin birində oxuyan 11 yaşlı qızın qəfil halı pisləşib. Anası onu xəstəxanaya aparandan sonra məlum olub ki, o hamilədir. Müayinə zamanı yetkinlik yaşına çatmayan qızın 37 həftəlik hamilə olduğu bilinib. Dərhal onu əməliyyat ediblər. Əməliyyatdan sonra doğulan körpə və azyaşlı ana həkim nəzarətində palataya köçürülüb.
Məsələ ilə bağlı polis araşdırmalara başlayıb. İlkin məlumata görə, qız orta məktəbdə müəllimi tərəfindən zorlanıb.
Faktla bağlı araşdırma aparılır.