ABŞ-ın Amerikus şəhərində (Corciya ştatı) baş verən silahlı insident nəticəsində bir polis əməkdaşı ölüb, digəri yaralanıb.
Unikal.org-un Fox News telekanalına istinadən verdiyi məlumata görə, hadisə yaşayış komplekslərinin birində qeydə alınıb.
Cinayətkarın şəxsiyyəti müəyyənləşdirilib. Onun tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hadisənin motivi hələlik məlum deyil.