Qoç- daşınmaz əmlak, inşaat materialları, mebellə bağlı əməliyyatlar aparmaq olar. İmicin yenilənməsinə yönəlmiş eksperimentləri təxirə salın.

Buğa- maraqlarınız yaxın ətrafınızdakı insanların planları ilə toqquşursa, ehtiyatlı davranın. Münaqişələri, fikir ayrılıqlarını aradan qaldırın. Emosional olmayın.

Əkizlər- ciddi məsələni həll etmək mümkün deyil. Aktivliyin yeni mərhələsi ərəfəsində normal istirahət etməyi unutmayın.

Xərçəng- yeniliklər özləntisi, planların reallaşdırılmasında ərəfə istəkləri var. Tələsməyin, düşünülməmiş addımlar atmayın. Mühüm xəbərləri gözləyin.

Şir- səbr və işlərdəki soyuqqanlılıq xoşagəlməz problemlərdən qurtulmağa yardım edər. Ünsiyyətinizi ümumi işlə məşğul olduğunuz insanlarla məhdudlaşdırın.

Qız- kollektivdəki şərait qarşılıqlı yardımlaşma və əməkdaşlıq tələb edir. Peşəkar fəaliyyət prosesində yaranan ləngimələr və məhdudiyyətləri aradan qaldırın. Əks təqdirdə onlar yaxın vaxtlarda ciddi problemlərə çevrilə bilər.

Tərəzi- ziddiyyətli emosiyalar yarana bilər. Etiraf ehtiyacında birmənalı olmayan məqamlar aşkarlana bilər. Sizdən sui-istifadə olunmasına yol verməyin. Diqqətli və sayıq olun.

Əqrəb- qərar qəbul edəndə üzdə olan variantı seçməyə tələsməyin. Situasiyanı hərtərəfli araşdırın. Hadisələr zəncirvari inkişaf edərək yaşamınıza yeni insanlar, ideyalar və planlar cəlb edə bilər.

Oxatan- məqsəd və hədəfləriniz artdıqca yoldakı maneələrlə sədlər də ciddiləşir. Tələblərinizin sayını bir qədər azaldın, bəzi situasiyalarda güzəştə getməyi bacarın. Sizə rədd cavabı vermək istəyən adam fikrini dəyişə bilər.

Oğlaq- nümayişkaranə müqavimət göstərməyin. Aldığınız xəbəri təhlil edin, faydalı məlumatları qulaqardına vurmayın. Axşam saatları səhhətinizin qeydinə qalın.

Dolça- informasiya mübadiləsi və məlumatlardan yararlanın. Peşəkar fəaliyyətinizlə birbaşa məşğul olan məsələlərlə məşğul olmaq üçün əlverişli zamandır. Eyni vaxtda bir neçə işlə məşğul olmalı olacaqsınız.

Balıqlar- ünsiyyətlə zəngin gün olacaq. Lakin yaxın ətrafınızdakı insanlarla təmaslar o qədər də rahat olmayacaq. Sizə yeni işlər tapşırmaq istəyənlərlə yanaşı, yardımlarınızdan bəhrələnmək istəyənlər də var.

Milli.Az