Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
Bu barədə Unikal.org-a AMB-dən bildirilib.
Məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7369 AZN/USD məzənnəsi ilə başlayıb və 1,7414 AZN/USD məzənnəsi ilə yekunlaşıb. Artım 0,26% təşkil edib. Dekabrın 9-na olan yekun rəsmi məzənnənin artması mümkündür.