Türkiyə Hərbi Hava Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab bölgəsində İŞİD mövqələrini atəşə tutub.

Unikal.org xəbər verir ki, Türkiyə qırıcıları İŞİD-ə məxsus 3 ədəd tank, 2 nəzarət məntəqəsi olmaqla terrorçuların ümumilikdə 12 mövqeyinə zərbələr endirib.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı həmin əməliyyatdan görüntüləri yayıb.