Böyük Britaniyada 44 yaşlı qadın Culi Bredford öz nəvəsini özü doğdu.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Culinin qızı Cesika xərçəngdən müalicə olunduğuna görə, ana ola bilməyib.
Culi qızının arzusunu yerinə yetirmək üçün, surroqat ana olmağa razılaşıb. Bu ilin mayında dondurulmuş embrionlar Culiyə implantasiya edilib. Bir neçə gün əvvəl isə 44 yaşlı nənə qızına oğlan bəxş edib. Körpənin adını Cek qoyublar.
Hazırda Cessika xərçəngdən tam sağalıb.
Buna baxmayaraq, mütəmadi olaraq həkim yoxlamasından keçir.